XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 14:55

Vüqar Həşimov Memorialının qalibi bəlli olub

karlsen.jpg

Şahmat üzrə indiki dünya çempionu norveçli Maqnus Karlsen Şəmkirdə keçirilən ikinci Vüqar Həşimov Memorialının qalibidir.

Strateq.az xəbər verir ki, yekun turda Maqnus Karlsen ağ fiqurlarla Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb. Oyun norveçli şahmatçının 35-ci gedişindən sonra başa çatıb.

İki dəfə Vüqar Həşimov Memorialının qalibi olmuş qrossmeyster 9 mümkün xaldan 7 xal toplayıb. Günün digər oyununda italyan Fabiano Karuana və Hindistan şahmatçısı Vişvanatan Anand heç-heçə oynayıblar. Beləliklə V.Anand 6 xal ilə ikinci yeri tutub.

üçüncü yeri Fabiano Karuana, yaxud hazırda fransız Maksim Vaşye-Laqravla görüşü davam edən amerikalı şahmatçı Uesli So tuta bilər.