XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2018 - 13:25

Əbülfəs Qarayev:“Xahiş edirəm, bunu sensasiyaya etməyin...”

 “Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında  danışmağa ehtiyac yoxdur”.

Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə  bağlı komissiya  müəyyən ediləcək, sənədlər toplanılacaq. “Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm,  bunu sensasiyaya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik”.