XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 13:36

Bakı Humanitar Forumu başa çatdı –Bəyannamə qəbul edildi  

 VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb.

“Report”un məlumatına görə, sonda forumun bəyannaməsi qəbul edilib. Bəyannamədə bildirilib ki, forum iştirakçıları kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bununla əlaqədar humanitar böhranları, insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyirlər.

Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu vurğulayıblar.