XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2018 - 12:55

“Azərcell Telekom”un prezidenti:"Yeni mobil əlavə üzərində iş gedir"

“”Azərcell Telekom” MMC-nin yeni mobil əlavəsi üzərində işləyir”.

“Report” xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Mürsəliyev jurnalistlərə açıqlamasında deyib.

V.Mürsəliyevin sözlərinə görə, hazırda şirkət daxilində bu istiqamətdə işlər davam etdirilir: “”Azərecell” istəyər ki, müştərilərin arzularını reallaşdırmaq üçün xidmət səviyyəsinə yönəlik bütün tələbləri gerçəkləşdirsin. Bizim də bu və bu kimi bir çox layihələriniz var, onları tezıiklə gerçəkləşdirəcəyik”.

“Azərcell” prezidenti rəhbəri olduğu şirkətin rebranding-ə hazırlaşdığını amma, bunun tezliklə baş verməyəcəyini qeyd edib: “Bu təsisçinin qərarından asılı olan bir məsələdir və qərar təsisçilərdən asılıdır. Amma rebranding nə vaxtsa olacaq”.