XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 10:18

Badamdar sürüşmə zonasında son vəziyyət –Çatların ölçüsündə nisbi artım müşahidə olunub

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında yaradılmış Qərargaha istinadən bildirir ki,  sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb:

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb”.