XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 18:12

Deputat Mikayıl Müşfiqin məzarından danışdı:"DTK arxivində harada dəfn olunması ilə bağlı sənədə rast gəlinmir"

“Repressiya qurbanlarının məzarlarının tapılması üçün komissiya yaradılmalı, onlarla bağlı araşdırma aparılmalıdır”.

Trend-in məlumatına görə, bunu AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, Milli Məclisin deputatı Rafael Hüseynov Mikayıl Müşfiqin nəşinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Alim təkcə Azərbaycanda deyil, keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin Rusiyada, Orta Asiyada olan arxivlərində saxlanılan yüzlərlə sənədlərdən əldə etdiyi faktlardan bəhs edib.

Bildirib ki, güllələnməyə məhkum olanların işlərində hökmün yerinə yetirilməsi ilə bağlı aktlar olduğu halda, onların harada və necə dəfn olunması ilə bağlı sənədə rast gəlinmir. Müşfiqə aid olduğu ehtimal edilən qalıqların ortaya çıxması əslində bir çox ideyaların həyata keçirilməsi üçün başlanğıc ola bilər:

Yəni bu hadisə itkin, eləcə də naməlum məzarlar haqqında bir daha düşünməyə əsas verir”.

1937-ci ildə hətta bir gün ərzində bir neçə nəfərin qətlə yetirildiyini deyən akademik eyni ərəfədə öldürülən şəxslərin ayrı-ayrı məzarlarda dəfn olunmasının inandırıcı görünmədiyini deyib.

R.Hüseynov bildirib ki, həmin dövrdə güllələnənlərin bəzilərinin istifadədən çıxmış neft quyularında basdırılması ənənəsi də olub: Bununla bağlı Dövlət Təhlükəsizlik Komitəsindən real faktların əldə etməyin mümkün olduğunu vurğulayan alim həmin məlumatlar vasitəsilə başqa məzarların da axtarılması üçün imkan yaranacağını qeyd edib.