XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 22:48

“Sovetski”dən köçürüləcək ev və obyektlərin sayı açıqlandı –24 əmlak sahibi məhkəmə iddiasını geri götürüb

Yasamal rayon İcra Hakimiyyəti Bakının “Sovetski” adlanan ərazisindən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrasını davam etdirir.

FED.az-ın məlumatına görə, Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov rayonun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  bildirib ki, bu mərhələdə köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektlərindən 1027 ünvanda daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilib və müvafiq sənədləşmə əməliyyatları həyata keçirilərək alqı-satqıya təqdim olunub.
Razılaşma əldə olunması mümkün olmayan 96 nəfər daşınmaz əmlak sahiblərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunub, lakin sonradan 24 əmlak sahibi ilə razılıq əldə olunduğu üçün iddia tələbləri geri götürülüb. Məhkəmə tərəfindən 16 nəfər əmlak sahibinə qarşı iddia tələbi təmin olunub, 56 ünvanla bağlı məhkəmə prosesləri davam etdirilir. 160 ünvanda tikililər sökülərək ərazi təmizlənib, 496 ünvanda boşaldılmış tikililər qismən sökülüb.