XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 14:25

Nazirlik şikayət əsasında yoxlama apardı –Bələdiyyə sədri 4000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Sabunçu rayonu Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Strateq.az ETSN-ə istinadən bildirir ki, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb:

“Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyə sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib, ərazi nazirliyin əməkdaşlarının nəzarəti ilə tullantılardan təmizlənib”.