XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 11:47

Hökumət elm xərclərini artırır –Büdcə zərfinə nə qədər pul ayrılıb?

 Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub  ki, bu da 2018-ci illə müqaisədə 5,3 milyon manat və ya 4,3 faiz çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “2019-cu ilin büdcə zərfi”ndə qeyd edilib.

Bildirilir ki, həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna 4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2018-ci illə eyni səviyyədədir.

2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulub.