XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 20:02

Gənc hüquqşünaslar üçünBerlində təlim olacaq

 

sdssd3

Regional Akademiya gənc hüquqşünaslar üçün «Transformasiya hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq» mövzusunda növbəti seminarını bu il 21 fevral – 11 mart tarixlərində Berlində gerçəkləşdirəcək. 

Strateq.az xəbər verir ki, artıq Cənubi Qafqaz ölkələrindən dialoqda iştirak edəcək hüquqşünaslar seşilib. İki mərhələli seçim prosesi nəticəsində ümümilikdə 25 nəfər iştirakçı seçilib ki, onların da 15 nəfərini qadınlar təşkil edir.

Onlar Cənubi Qafqazda hüquqi transformasiya məsələsi üzrə hüquqi dialoqa cəlb olunacaq və öz hüquqi bilik və praktik bacarıqlarını inkişaf etdirəcəklər. Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) böyük məmnuniyyətlə, Regional Akademiyanın təşkili istiqamətimdə tanınmış Hertie İdarəetmə Məktəbi (Berlin), eləcə də Bucerius Hüquq Məktəbi ilə əməkdaşlığını davam etdirir.

Regional Akademiya çərçivəsində aşağıdakı mövzular əhatə olunacaq:

• mülki hüquq və ya presedent hüquq;

• hüquqi metodologiya üzrə bacarıq təlimləri;

• politologiya və qanunun aliliyi üzrə müzakirələr üçün platforma;

• Avropa, ictimai və fərdi hüququ ilə əlaqədar seçilmiş sahələr üzrə intensiv təlimlər (məsələn,müəssisə hüququ və rəqabət hüququ);

• praktik kommunikasiya və təqdimat bacarıqları;

• danışıqların aparılması məharəti və liderlik bacarıqları;

• kəsişən məsələlər; məsələn, korrupsiyaya qarşı mübarizə və gender.

Hər üç ölkəyə aid olan hüquqi çağırışlar və məsələlər üzrə fəaliyyət Cənubi Qafqaz regionunda Almaniya ilə əlaqəsi olan beynəlxalq peşəkar şəbəkə formalaşdıracaq.

Regional Akademiyada əldə edilən praktik təlimlər və beynəlxalq təcrübə iştirakçıları GİZ və təşkilatın gələcəkdə həyata keçirəcəyi hüquqi və ədliyyə islahatları tədbirləri ilə əlaqədar dəyərli əməkdaşa çevirəcəklər.

Əldə edəcəkləri yeni səriştələri gündəlik fəaliyyətlərində tətbiq etməklə yanaşı iştirakçılar öz ölkələrində hüquq və ədliyyə sistemindəki islahatların genişləndirilməsində mühüm rol oynayacaqlar. 

Bucerius Hüquq Məktəbi 2011-ci ildən etibarən Almaniya Hökumətinin Qafqaz Təşəbbüsü Cənubi Qafqaz ölkələri ilə ölkələrarası əməkdaşlığı təşviq etməkdədir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin (BMZ) təlimatına əsasən, 2016-cı ildə GIZ regionun gənc hüquqşünasları üçün artıq 7-ci dəfə “Transformasiya hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq” Regional Akademiyasına sponsorluq edir.

“Transformasiya hüquqşünasları” Regional Akademiyasının məqsədi – iştirakçılar arasında peşəkar dialoq və intensiv məlumat mübadiləsini dəstəkləyən elmi və praktik bir mühiti bərqərar etməkdir. Kurslar İngilis dilində keçiriləcək.