XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2018 - 13:34

“Azercell”in növbəti “Eksklüziv”i Qazaxda- FOTO

Azərbaycan telekommunikasiya bazarında liderliyini qoruyan, daima texnoloji yenilikləri tətbiq edən, bütün müasir xidmətləri abunəçiləri üçün mümkün edən “Azercell Telekom” MMC rahatlığı və innovativ tərzi ilə seçilən növbəti “Eksklüziv” mağazasını istifadəyə verib.

Müştəri xidməti sahəsində hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkətin Qazax rayonu, Firuddin Şamoyev küçəsi, 1A ünvanında açılan mağazası ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil edilib. Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, telefon danışığına görə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nağd və ya kredit şəklində əldə edə bilərlər.

Mağazanın açılışında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

Digər eksklüziv mağazalarda olduğu kimi, “Azercell” Qazaxdakı müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, noyabrın 2-dən etibarən 7 gün müddətində “Qazax Azercell Eksklüziv” mağazasından yeni smartfon alan hər bir müştəri “Azercell” nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Qeyd edək ki, “Azercell”in “Eksklüziv” mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül prospekti, 5, Qara Qarayev prospekti, 30\42, m.52, Bəxtiyar Vahabzadə küçəsi, 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev prospekti, Mehdi Hüseyin küçəsi, 54), Mərdəkan (Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küçəsi, 40), Salyan şəhəri (Heydər Əliyev küçəsi, 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12), Sumqayıtda (11-ci mikrorayon, Koroğlu və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küçəsi,1), Bərdədə (İsmət Qayıbov küçəsi, 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küçəsi 265) və Ağcabədidə (Ü. Hacıbəyli prospekti, 68) abunəçilərin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.