XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 01:11

Tikinti sahələrinin ayrılmasına görə sərt cəza –Prezident prokurorluğa xüsusi tapşırıq verdi

Azərbaycan prezidenti vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək.

Strateq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklikllə bağlı fərman imzalayıb.

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə 2 min manatdan 3 min manatadək məbləğdə cərimə ediləcəklər. 

Fərmana əsasən, bu müddəalar üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. 

Fərmanda Baş Prokurorluğa tövsiyə edilib ki, həmin inzibati xətalar haqqında işlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat versin.