XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 11:18

170 min dollar rüşvət verən şəxs Xaləddin İsgəndərovun müavini olmaq istəyirmiş… –Vəkildən yeni açıqlamalar

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov və digərlərinin əməlləri ilə bağlı daha 10 nəfər zərərçəkmiş şəxs vəkil Adəm Məmmədova müraciət edib.

Strateq.az xəbər verir ki, bu haqda modern.az saytına məlumat verən vəkil Adəm Məmmədov eyni aqibətlə üzləşmiş 10 nəfər vətəndaşın onunla görüşdüyünü bildirib.

“Görüş zamanı adının çəkilməyini istəməyən hüquqlarını müdafiə etdiyim şəxsdən başqa daha 10 nəfər zərərçəkmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə külli miqdarda pul verdiklərini dedilər. Həmin şəxslərdən bəziləri mənə bildirib ki, işə düzəltmək adı ilə pulları Səfər İmanov Komitə adından alıb. Lakin Dövlət Komitəsinin rəsmiləri verdikləri vədə əməl etməyiblər. Həmin zərərçəkmiş şəxslərlə müqavilə bağladım. Zərərçəkmiş şəxslər Komitə sədri Hicran Hüseynovanın ünvanına da ittihamlar səsləndirdilər”.

Hüquqşünas sabiq Aparat rəhbəri S.İmanovun hazırda hüquqlarını müdafiə etdiyi şəxsdən Binəqədi rayon icra başçısının (RİH) müavini vəzifəsinə təyinat vəd edərək ondan bu məqsədlə 170 min ABŞ dolları aldığını deyib.

Xatırladaq ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaşların birindən 170 min ABŞ dolları alaraq bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Hüquqşünas A.Məmmədov icra hakimiyyətinin müavini postuna təyin olunmaq üçün 170 min ABŞ dolları verən şəxsin iddiaları üzrə onun hüquqlarını müdafiə edir. Adının çəkilməsini istəməyən iddiaçı, aparat rəhbəri Səfər İmanovdan 170 min ABŞ dolları müqabilində vəzifəyə təyin olunacağına təminat alsa da, aldadılıb. S.İmanov hazırda Azərbaycanda deyil, o, ölkəni tərk edib.

Komitə isə bir qədər əvvəl bu iddiaları təkzib edən açıqlama yayıb.