XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2016 - 12:53

Kərəm Həsənovun qəbulunun vaxtı dəyişdi- Yeni tarix

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Komitədən verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 19 fevral 2016-cı il tarixində Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulu 27 fevral 2016-cı il tarixinə keçirilmişdir. Qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:
020-24 (5-29-93), 020-26 (5-01-08)