XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 23:12

63 yaşlı kişini basdırdılar, rəsmi ölüm kağızı verdilər –"Ölü” 4 aydan sonra evə qayıtdı (FOTOLAR)

Bu yaxınlarda Qazaxstanda bir ailə yaşlı qohumlarının zorakı və müəmmalı ölümünün sarsıntısını yaşamalı olub.

Esenqali Supıqaliyev Azh.kz saytına deyib ki, dayısının meyiti evə gətiriləndə az qalıb ki, qızı Sauleni infarkt vursun. Yəni, meyit elə bir halda idi ki, onu tanımaq olmurdu. 63 yaşlı kişi iyun ayında evdən çıxmış və bir daha qayıtmamışdı. Ayqalinin əvvəllər də bir-iki həftəliyə yoxa çıxmaq xasiyyəti vardı. Buna görə də ailəsi heç yerə xəbər etmədən onu bir ay gözləyib. Bundan sonra polis onları yanmış bir cəsədin tanınmasına çağırıb.

Yerli hakimiyyət orqanları demişdi ki, tapılmış cəsədin DNT analizi onun 99,2 faiz Ayqali Supıqaliyevə aid olduğunu müəyyən edib. Bundan sonra onun adına ölüm şəhadətnaməsi tərtib olunub. Sentyabr ayında ailəsi Ayqalini Xəzər sahilindəki Atırau portunun yaxınlığında yerləşən Tumarlı kəndinin müsəlman qəbiristanlığında dəfn edib. Esenqali deyir ki, bütün qohumlar yığılaraq “konil şay” adlanan – ehsan çay məclisi də keçiriblər.

Foto: Esenqali Supıqaliyevin məzarı

Ayqali iki aydan sonra sağ-salamat qapını açıb evə girəndə aləm bir-birinə dəyib. Sən demə, o, iyun ayında evdən çıxan kimi bazarda qonşu kənddən olan bir nəfərə rast gəlib və o, Ayqaliyə iş təklif edib. 4 aylıq işini başa vuran Ayqali evinə qayıdıb.

İndi bu əhvalatı nə yerli icra hakimiyyəti, nə də polis şərh eləmək istəmir. Amma DNT analizini keçirmiş həkim-ekspert dediyi 99,2 faiz nəticəsini tutub buraxmaq bilmir. Hərçənd bunu da deyir ki, “0,8 faiz də var axı…”

Supıqaliyev isə dilxor olub ki, qohumları onun üçün baş daşının pulunu da artıq ödəyiblər. Hətta onun iki aylıq pensiyasını də dövlətə qaytarıblar. İndi ailə məhkəməyə müraciət etmək fikrindədir. Amma bir sual açıq qalır. Esenqali deyir: “Görəsən, biz kimi dəfn eləmişik? Allah bilir, indi onu da ailəsi axtarır…”

BBC

“Ölüm kağızı”