XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2018 - 17:33

Keçmiş deputatdan “Azərişıq” ASC-yə sərt ittihamlar:"Heçmi vicdanınız yoxdur..."

Keçmiş deputat, iqtisadçı alım Nazim Bəydəmirli sosial şəbəkədə “Azərişıq” ASC-nin fəaliyyətini kəskin tənqid edib. Strateq.az xəbər verir ki, o adıçəkilən qurumu qanunsuz pul tələb etməkdə və süründürməçilikdə ittiham edib:

Deməli öz ərazimizdə, öz balansımızda olan elektrik transformatorundan özümüzə oğurlanmış iki dənə iki fazalı sayğacın əvəzinə 1 dənə 3 fazalı sayğaçın qoyulması və əvvəlki mülkiyyətçidən öz adımıza keçirilməsi ilə bağlı “ASAN Kommunal”-a müraciət etmişik. 1 aydır ki, süründürülürük, ona görə ki, “texniki şərt” adı altında Baba Rzayevin adamları 1800 manat almaq istəyirlər”.

Keçmiş deputat “ASAN xidmət”-in saytında bu xidmətin pulsuz olduğu və dərhal icra olunması barədə yazıldığını xatırladır: “Bundan əlavə olaraq bizim transformatordan ətrafdakı qanunsuz tikililər olan onlarla evə, kiçik obyektlərə elektrik verirsiniz, sayğac qoymusunuz, texniki şərt adı altında pul, rüşvət almısınız. Heçmi vicdanınız yoxdur, ay gözü doymayan “elektrik şəbəkəçilər, dəllallar” hələ bizdən də pul almaq istəyirsiniz…”.

Nazim Bəydəmirlinin ittihamlarına hələlik “Azərişıq”-dan cavab almaq mümkün olmayıb.

Strateq.az