XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 17:31

AMEA-nın Naxçıvan Bölməsihesabat verib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Naxçıvan Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

AMEA-dan strateq.az-a daxil olan məlumata görə, bölmənin akademik-katibi, akademik İsmayıl Hacıyev elmi və elmi-təşkilati işlər haqqında geniş təqdimatla çıxış edib. Bildirilib ki, Nax­çıvanın ta­ri­xi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, tə­bii sər­vətləri, flora və faunası, torpaq örtüyünün sistemli şəkil­də öy­rənilmə­si istiqamətində işlər həyata keçirilib.

Bölmənin akademik-katibi hesabat ilində əldə olunmuş mühüm nəticə və nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb:

“Hazırda Bölmədə 6 elmi-tədqiqat müəssisəsi – Tarix, Et­no­qra­fiya və Arxeologiya İnstitutu,İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyat­lar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyaz­ma­lar Fon­dufəaliyyət göstərir. Ötən il bölmənin müəssisələrində 6 elmi problemə aid 7 mövzu üzrə 86 mərhələdə 32 tədqiqat işi aparılıb, bunlardan 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb. Hesabat ilində bölmənin əməkdaşları biri xaricdə olmaqla 13 monoqrafiya, 5 kitab, 2 metodik vəsait dərc etdiriblər. 23-ü impakt faktorlu jurnallarda olmaqla, 523 məqalə, 28 tezis işıq üzü görüb, elmi işçilərin əsərlərinə 17 istinad edilib. Tədqiqat işlərinin nəticələri ABŞ, Ru­siya, Bela­rus, Ukrayna, Türkiyə və digər ölkələrin nüfuzlu jur­nallarında, eləcə də bey­nəl­xalq səviyyəli elmi yığıncaqların ma­te­riallarında dərc olunub. Bölmədə bir nəfər elmlər doktorluğu, 5 nəfər fəlsəfə dokturluğu üzrə dissertasiya işi müdafiə edib, bir fəlsəfə doktorluğu üzrə dissertasiya iş isə müdafiə ərəfəsindədir. Həmçinin hesabat ilində bölmə əməkdaşları tərəfindən 3 patent alınıb”.

Fundamental elmlə təhsilin vəhdətindən danışan akademik İsmayıl Hacıyev vurğulayıb ki, 2015-ci ildə bölmənin 24 əməkdaşı ali təhsil müəssisələrində müva­fiq ixtisaslar üzrə tədris aparıb.

Hesabat ilində beynəlxalq elmi əməkdaşlıq əlaqələri haqqında da məlumat verilib. Bildirilib ki, ötən il ABŞ-ın Pensilvaniya, Harvard, Emori Universitetləri, Fransa Beynəlxalq Araşdırma Mərkəzi, Bey­nəl­xalq Türk Akademiyası, Bosniya-Hersoqovinanın Sarayevo, Türkiyənin Bitlis-Ərən, Qars Qafqaz, Ərzurum, Sakarya, Iğdır, Ağdəniz, İranın Teh­ran Şəhid Beşiş­di, Təbriz Dövlət universitetləri, Təbriz Milli Kitabxanası, Rusiyanın Moskva Döv­­lət Universiteti, Yer Maq­ne­tizmi, İоnоsferi və Ra­diо Dalğaları­nın Yayılması İnstitutu, Krım As­trоfizika Rəsədxanası, Ümumdün­ya Təbiəti Mühafizə Fon­du ilə əlaqələr genişləndirilib. Əməkdaşlar respublika və xa­ricdə 33 beynəl­xalq qu­rultay, kon­qres, simpozium, konfrans və digər tədbirlərdə məruzələrlə çıxış ediblər. Bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında Ümummilli Liderin həyatı və çoxcəhətli siyasi fəa­liyyətinin müxtəlif istiqamətləri öyrə­nilib, eyni zamanda ayrı-ayrı möv­zularda geniş məruzələr dinlənilib, sərgi ilə tanışlıq və sə­nədli filmə baxış keçi­rilib.

Qeyd edilib ki, hesabat ilində prezident İlham Əliyevin sərən­ca­mı ilə bölmə əmək­­daşlarından bir nəfər "Əməkdar elm xadimi" adına, bir nəfər Prezi­dent təqaüdünə layiq görülüb, üç nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Həmçinin, aka­demik Tariyel Talıbov AMEA-nın "Həsən bəy Zərdabi" adına mükafatla, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev isə İran İslam Res­publi­kasının "Məhəmmədhüseyn Şəhriyar" adına mədəniyyət medalı ilə təltif edilib.

Sonra bölmənin əməkdaşları və Naxçıvan Dövlət Universiteti ilə telekonfrans təşkil edilib. Canlı bağlantı vasitəsilə elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən söz açılıb. Bölmənin müvafiq institutları ilə Naxçıvanda fəaliyyət göstərən ali və orta təhsil müəssisələri arasında mövcud əlaqələr, həyata keçirilmiş elmi-tədqiqat işləri, əldə olunmuş nailiyyətlər haqqında iclas iştirakçılarına məlumat verilib.

Hesabat məruzəsi müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarına əsasən, bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsi haqqında tapşırıq verilib.