XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 18:02

Yaşayış minimumu 180, ehtiyac meyarı 143 manat… –Deputatlar hökumətin təklifinə "hə" dedilər

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi I oxunuşda qəbul edilib.

İclasda “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar sənədlərlə bağlı fikir və təkliflərini səsləndiriliblər.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində götürülməsi nəzərdə tutulub. (modern.az)