XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2018 - 14:49

Azərbaycanda nazirin xalası qızı “Qocalar evi”nə yerləşdirilib –Nəvələri imtina edib + FOTO

Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır.

Strateq.az Unikal.org-a istinadən xəbər verir ki, səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib.

Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır. Bir müddət öncə açıqlama verən qadın bildirmişdi ki, qızı 57 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının ölümündən sonra 2 nəvəsi qadından imtina edib.

Sovet dövründə rəhbər vəzifələrdə çalışan yaşlı qadın hazırda həm də ürəyin işemik xəstəliyindən əziyyət çəkir.

Əminə Hüseynova xəstəliyi ilə əlaqədar müalicə ala bilmədiyi və xəstəxanaya yerləşdirilmədiyi üçün yeriyə bilmir.