Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əməyin mühafizəsi vəziyyətinin yerindəcə yoxlanılması məqsədilə növbəti tədbir həyata keçirib.
Strateq.az xəbər verir ki, yoxlama zamanı Bakının Qaradağ rayonunda yerləşən, mişar daşlarının istehsal olunduğu (daş karxanaları) “Ozan” kiçik müəssisəsində və “İ.N.Ə” MMC-də təhlükəli əmək şəraitinin mövcud olduğunu aşkarlanıb. Hər iki müəssisədə işlər əməyin mühafizəsi tələbləri yerinə yetirilənədək dayandırılıb və icrası məcburi olan göstərişlər verilərək akt tərtib edilib.
Strateq.az