XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 17:42

Nazirlik 400 ədəd yulğunun olduğu ərazini şumlayan şəxsi 32 min cərimələdi –İş prokurorluğa verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Strateq.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub:

“Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib”.