XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 12:05

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Gədəbəydə təlim keçirib

zaur foto.jpg

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Gədəbəy şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına” həsr olunmuş tədbir keçirib.

Vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 120-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub. Qeyd etmək lazımdır ki, rayon ərazisində qızıl hasil edilir.

Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilmişdir. Tədbirin təşkili MHŞT üzrə çox tərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub.

MSŞA Koalisiyasının Əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə iştirakçılara bildirib ki, “MHŞT prosesi vətəndaşlar üçün hasilat sənayesindən əldə olunan gəlirlər haqda məlumatları açıqlayır”.

MSŞA Koalisiyasının Şura üzvü Rafiq Təmrazov”Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü: tarixi ehtiyac və təşəbbüsün inkişaf mərhələləri” mövzusunda təqdimat edərkən vurğulayıb ki, “MHŞT hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətləri arasında işgüzar dialoq yaradaraq bütün tərəflərin ölkədə şaffaflığın artırılmasına öz töhfəsini verməsinə imkan verir “.

MSŞA Koalisiyasının digər Şura üzvü İlqar Hüseynli “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi” mövzusunda təqdimat edərkən vurğulayıb ki, “Gədəbəydə yerləşən bütün QHT və icmaları MHŞT prosesinin imkanlarından istifadə etməyə, MSŞA koalisiyasına qoşulmağa və daha məlumatlı olmağa çağırırıq”.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığın və yaxşı idarəetmənin artırılması naminə çalışan hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətinin koalisiyasıdır. Neft, qaz və mədən sənayesindən şirkətlərin ödənişi və dövlətin gəlirlərinin tam nəşr olunması və dəyərləndirilməsi ilə MHŞT resurslarla zəngin ölkələrdə yaxşı idarəetməyə töhfə verir. Azərbaycanın MHŞT üzrə vətəndəş cəmiyyəti koalisiyası – Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) 2014-cu ilin may ayında 10 illik ildönümünü qeyd etmişdir. Hazırda koalisiyanın 110-dan çox QHT üzvü vardır. Koalisiya ictimai məlumatlandırma sahəsində əsas tərəflərdən biridir.