XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2018 - 14:26

İcra başçısı MKTB rəisini vəzifədən azad etdi –Binəqədidə yeni təyinat

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB)  rəisi Azər Məmmədov vəzifəsindən azad olunub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

E.Allahverdiyevin digər əmri ilə həmin vəzifəyə Elmin Zamanov təyin edilib.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.