XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2018 - 23:03

Məktəb direktoru ilə məşhur aktyor arasında əlbəyaxa dava –Rza Rzayev ağır xəsarətlər alıb, saxlanılan var

“Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, “Drakon” obrazını canlandıran Rza Rzayevlə problem yaşadığı məktəb direktoru arasında qalmaqal yaşanıb.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.

AFN-az-ın məlumatına görə, 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumu (qaynı-red.) tərəfindən aktyora qarşı  ağır ifadələr işlədilib. Bundan sonra tərəflər arasında dava düşüb.

Məlumata görə, insident Nizami rayonu 25 saylı Polis Bölməsinin qarşısında da davam edib.

Belə ki, T.Mirzəliyevin yaxını bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb.

Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilir.

Rza Rzayev baş verən hadisə ilə bağlı AFN-ə açıqlama da verib.

O deyib ki, sözügedən məhkəmə çəkişməsinin T.Mirzəliyevə heç bir dəxli yoxdur: “Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən T.Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmə qarşısına gətirmişdi. Bu hal ilk dəfə deyil. Artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb, problem olmamasına çalışmışam. Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edim, həm də prosesə aidiyyatı olmadığı halda, burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verim. Bundan öncəki proseslərdə də məhkəmə qarşısında olduğunu sübut edən fotolarını çəkmişəm.

Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır? Bu gün saat 3-də proses olmalı idi, həmin saat faktiki olaraq T.Mirzəliyev üçün iş saatıdır. Həmin saatda o, hansı icazə əsasında məhkəmənin qarşısında idi? Bütün bunların araşdırılmasını mediadan xahiş edirəm”.

Qeyd edək ki, bir sıra KİV-lərdə guya təkcə T.Mirzəliyevin xəsarət alması haqda məlumat yayılıb. Lakin R.Rzayev də insident zamanı ağır xəsarət alıb. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub.

R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya gedəcəyini  bildirib.

Məlumat üçün onu da bildirək ki, T.Mirzəliyev də tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib.