Hər cəmiyyətin tərəqqisi, əldə etdiyi uğurlar, eyni zamanda üzləşdiyi problemlər onun daşıdığı dəyərlərlə şərtlənir. Dəyərlər fərdlər və cəmiyyət səviyyəsində yanaşmanın, baxışın müəyyənləşməsində əsas rol oynayır.
Bu baxımdan ümumbəşəri dəyərlərin təbliği, təşviqi hər bir cəmiyyətdə aktual vəzifə kimi qarşıda durur. Almaniyanın Federal Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi” proqramı çərçivəsində “Cəmiyyətin inkişafı üçün ümumi dəyərlərin təşviqi” layihəsi Almaniyadan “Qadın evi” təşkilatının yerli tərəfdaşı “Qadınlar Arasında Həmrəylik” İB tərəfindən Qax rayonunda “Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirib. İctimai müzakirədə 30 gənc xanım iştirak edib. İctimai müzakirədə erkən nikahlar, selektiv abortlar, gender bərabərliyi ilə əlaqədar problemlər ümumbəşəri dəyərlər kontekstində müzakirə olunub. Bu problemlərin ümumbəşəri dəyərlər kontekstində həllini tapması üçün iştirakçıların fikirləri və tövsiyyələri dinlənilib. İctimai dinləmələrdə erkən nikahlarla bağlı qısametrajlı sənədli film nümayiş olunub.