XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 13:33

Direktor olmaq istəyən 757 namizəd imtahanda iştirak edib –Ən yüksək nəticə göstərən müəllim məlum olub

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi davam edir. İmtahan mərhələsində indiyədək 757 namizəd iştirak edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni əldə edib.

Qeyd edək ki, bu mərhələdə 1600-dən artıq namizədin iştirakı nəzərdə tutulub.