XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2018 - 18:33

Binəqədidə biabırçı durum –Sakinlərin şikayətlənmədiyi ünvan qalmayıb

Bu fotolar Binəqədi qəsəbəsi (kənd), 3-cü mədən küçəsi, korpus 120 ünvanında çəkilib. Sakinlər xeyli vaxtdır ki, kanalizasiya xəttinin yoxluğu ilə üzləşiblər.

Bir neçə gün əvvəl Binəqədi bələddiyyəsi kanalizasiya xəttini əvəzləyən arx çəkib. Bu isə şəkildəki vəziyyəti yaradıb.

Strateq.az-a ünvanladıqları şikayətdə Binəqədi sakinləri bələddiyənin fəaliyyətindən narazılıq ediblər:

“Əvvəllər bu ərazinin yaxınlığında göl yerləşirdi və təxminən 120-yə yaxın evin, habelə yolun əks tərəfində, İdman Mərkəzi ilə yanaşı məhəllənin çirkab suları həmin gölə axıdılırdı. Hazırda gölün yerləşdiyi ərazi qurudulduğundan çirkab sularının axıdılması üçün yer qalmayıb. Sözügedən ünvanda evlərin çoxunu su basıb. Mövsüm yağıntıları vəziyyəti daha da kəskinləşdirib. Təcili tədbirlər görülməlidir”.

Sakinlər bildiriblər ki, məsələ ilə bağlı Binəqədi rayonunu təmsil edən deputat Madər Musayevə də müraciət ediblər.

“Təxminən 2 ildir ki, gölün ərazisi qurudulur və bu iş demək olar ki, tamamlanmaq üzrədir. Hələ keçən il yolun sol hissəsindəki məhəllənin çirkab suları üçün təxminən 50-60 metrlik əlavə xətt çəkilib və çirkab suları kiçik gölməçəyə axıdılır.

Bizim məhəllənin çirkab suları isə yerli sakinlərin öz hesabına düzəltdiyi lyuka toplanır, oradan da digər gölməçəyə axıdılırdı. Bu gölməçə xəbərdarlıqsız torpaqla doldurulub.

Hazırda 120-yə yaxın evin kanalizasiyasına toplanmış suyun axacaq yeri yoxdur.

Bildiyimiz qədər, Mehdiabad yolu istiqamətində kanalizasiya kollektoru yerləşir. Lakin məhəllənin kanalizasiya xəttini bu kollektora birləşdirmək, təbii ki, yerli sakinlərin həm maddi imkanları daxilində deyil, həm də bu, müvafiq dövlət orqanlarının rəsmi icazəsi və icraatına aid məsələdir”.