XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 20:00

Azərbaycan millisinin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirilib

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib.

“Report” “Dnevni avaz” nəşrinə istinadən xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasında rəhbərlik edən 49 yaşlı mütəxəssis 23 noyabra keçən gecə travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra məlum olub ki, o, qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır. Prosineçki xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib.

Qeyd edək ki, Robert Prosineçki 2014 – 2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.