XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 09:15

İranda güclü zəlzələ –Xəsarət alanların sayı 550-yə çatıb

İran-İraq sərhədində 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, “UTC” vaxtı ilə saat 16:37-də qeydə alınan yeraltı təkanların episentri İraqın Bağdad şəhərindən 150 kilometr şimal-şərqdə, İranın Sere-Pole-Zohab şəhərindən isə 37 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.

İranın Kermanşah əyalətində 20-dən artıq təkrar təkanlar qeydə alınıb. Bu gün əyalətdə məktəblər və universitetlər fəaliyyət göstərməyəcək.

Son məlumata əsasən, zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.