XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 11:56

Konstitusiya Məhkəməsinin hakimi:"Nikaha girən şəxslər notarial qaydada təsdiq olunmuş müqavilə bağlamalıdır"

“Bu il Konstitusiya Məhkəməsində Mülki Məcəllənin 228-ci maddəsinin şərhi ilə 6-dan çox işə baxılıb”.

Bunu Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Qadınlara və Qızlara qarşı zorakılığa son” 16 günlük fəallıq Kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Həmin maddədə qeyd edilir ki, nikaha girən şəxslər, mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamalıdır. Lakin təcrübədə çox nadir hallarda bu fakt baş verir. Nikah bağlandıqdan sonra qadın həyat yoldaşının valideynlərinin mülkiyyətində olan mənzilə gəlin gəlir və heç də müqavilə bağlamaq barədə düşünmür. Boşanma nəticəsində isə yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq istifadə hüququ əldə edir. Əksər imkansız ailələrdə qadınlar yalnız yaşamaq hüququnu itirməmək üçün hər bir növ təhqir və fiziki təzyiqlərə məruz qalmaqlarına razıdırlar”, – hakim əlavə edib/Report.