XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 15:44

Təhsil Problemləri İnstitutunda Fransa səfiriylə görüş –Əməkdaşlığı necə genişləndirməli?

fr-1

Dünən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “ARTPİ və Fransa səfirliyi arasında əməkdaşlığın genişləndirilməsi”  mövzusunda görüş keçirilib.

ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezi və qonaqları salamladıqdan sonra İnstitutun fəaliyyəti haqda danışaraq, Fransa səfirliyi ilə ARTPİ-nin birgə əməkdaşlığı çərçivəsində indiyədək 6 layihənin həyata keçirilməsi barədə seminar iştirakçılarına məlumat verib.

O, 2015-ci ildə İnstitutun əməkdaşlarının 2 dəfə Fransaya işgüzar səfərini xatırladaraq layihələrin icrasına səfirliyin dəstəyini vurğulayıb. Q.Novruzov qeyd edib ki, Respublikamızda ikinci xarici dil kimi 319 məktəbdə Fransız dili tədris olunmaqdadır. Ölkədə Fransız dilini öyrənən şagirdlərin ümumi sayı 43.000-ə yaxındır. Fransız dilini öyrənmək perspektivləri kifayət qədər genişdir. Valideynlərin kütləvi şəkildə ingilis dilinə meyl göstərməsi fransız dilinin öyrənilməsi istiqamətində bir qədər çətinliklər yaradır ki, bununla bağlı ARTPİ ilə Fransa səfirliyi yeni layihələrin hazırlanması istiqamətində yaxından əməkdaşlıq edərək bu məsələnin həllini sürətləndirəcəkdir.

Q.Novruzov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında dəfələrlə səsləndirdiyi “Terrodan ən çox zərər çəkən ölkələrdən biri də Azərbaycandır” ifadəsini görüş iştirakçılarının diqqətinə çatdıraraq terrorizmlə mübarizənin ən yaxşı yolunun təhsildən və səmərəli əməkdaşlıqdan keçdiyini vurğulayıb. Fransa səfiri bu fikri alqışla qarşılayaraq öz təşəkkürünü bildirib və ölkəsinin də terrorirzmdən əziyyət çəkdiyini qeyd edib.

fr-2

Xanım Orelia Buşez də öz çıxışında prezident İlham Əliyevlə ilk görüşü haqda söz açaraq onun təhsilin inkişafında çox maraqlı və diqqətli olduğunu vurğulayıb. 

“Müəllimlərin təkmilləşdirilməsi və inkişafı istiqamətində  İnstitutun təşkil etdiyi kurslar, layihələr çox yüksək keyfiyyəti ilə fərqlənməkdədir. Müəllimlərin Fransada da kurslarda təcrübə keçməsi bunun bariz nümunəsidir. Təhsil Problemləri İnstitutu təhsildə keyfiyyətə yüksək önəm verir. Məhz bu baxımdan səfirlik və ARTPİ arasında əməkdaşlıq getdikcə daha da genişlənir” – deyən xanım O.Buşez ölkələrimizin təhsildə davamlı inkişafa diqqətlə yanaşmasını yüksək dəyərləndirib.

Rəsmi görüşdə əməkdaşlıq məsələləri – 2014-cü ildə ARTPİ-nin analoqu olan Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi /CİEP (müqavilə:30 iyun 2014) ilə təməli qoyulmuş əməkdaşlığın və eyni zamanda Fransa Paris Təhsil Akademiyası, CİLAROM Təhsil Assosiasiyası ilə birgə görülən işlər, onların perspektivləri; ARTPİ-nin Azərbaycan Dillər Universiteti, Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyası, Azərbaycanda Fransız İnstitutu və Fransa Səfirliyi ilə  fransız dilinin  öyrənilməsi və yayılması ilə bağlı məqsədyönlü fəaliyyəti və gələcək birgə fəaliyyət məsələləri görüşün əsas müzakirə istiqamətini təşkil edib.

Fransanın Azərbaycandakı səfirliyi vasitəsilə Sevr Beynəlxalq Pedaqoji Araşdirmalar Mərkəzi, Paris Təhsil Akademiyası, CİLAROM Təhsil Associasiyasıı və Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyası  ilə həm Azərbaycanda və həm də Fransada birgə həyata keçirilmış layihələrin uğurları və nəticələri də, görüşün müzakirə obyekti olub.

Qeyd edək ki, 2015-ci ildə ARTPİ ilə Fransa səfirliyi arasında aşağıdakı layihələr həyata keçirilib:

1. TPİ-nin nümayəndə heyətinin Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinə/CİEP səfəri  (26-30 aprel 2015)

2. Parisə təhsil səfəri “Səyahət et, öyrən və öyrənməyə kömək et!” (07-12 iyun 2015)

3. Parisə təhsil səfəri “Səyahət et, öyrən və öyrənməyə kömək et!” (15-20 noyabr 2015)

4. Lənkəran şəhəri  “Fransız kəndi”  layihəsi (19-24 iyul  2015)

5. İsmayıllı rayonu Fransız dili müəllimləri  üçün Fransadan dəvət olunmuş ekspert   ilə  öyrədici treninq (14-19 dekabr 2015)

6. “Fransız dilinin təliminin müasir problemləri” mövzusunda 06 noyabr 2015 -ci il tarixində respublika miqyaslı dəyirmi masa.

Görüşün yekununda 15-20 noyabr 2015-ci il tarixlərində Parisdə təhsil səfərində olmuş iştirakçılara Fransadan göndərilmiş sertifikatlar təqdim olundu. Sonda xanım O. Buşezə üzərində ARTPİ-nin loqosu əks olunmuş xatirə hədiyyəsi təqdim edildi.

fr-2

 

 

 

 

 

 

sefir-fransa-1

 

 

 

 

 

 

fr-4

 

 

 

 

 

 

fr-5