XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 22:00

Qazaxda “Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib –FOTO

Cəmiyyətin inkişafı üçün ümumbəşəri dəyərlərin təbliği” layihəsi çərçivəsində  Qazax rayonunda “Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda növbəti  ictimai müzakirə keçirilib.

İctimai müzakirədə Qazax rayon icra hakimiyyəti başçısı aparatının (RİHBA) məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal qadınlar, KİV nümayəndələri iştirak ediblər. “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin eksperti Zaur İbrahimov çıxış edərək həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq respublikamızda ümumbəşəri dəyərlərin təbliği istiqamətində görülən işlərdən söz açıb.

Ekspert çıxışı zamanı qeyd edib ki, dəyərlər – cəmiyyətdə dini, milli, mədəni və sosial əlaqələr sistemini təşkil edən, tarixi ənənələrə əsaslanan fərdi və kollektiv şüuru formalaşdıran, habelə, insanların könüllü qəbul etdiyi ən üstün ictimai normalardır.  Sonra ekspert Z.İbrahimov “Dəyərlər/əbədi seçim”, “Universal dəyərlər” və “Dəyərlərin müqayisəsi” mövzuları üzrə geniş şəkildə məlumat verib.  Bu mövzular ətrafında geniş və əhatəli şəkildə müzakirələr aparıb.

RİHBA-da aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək Qazaxda qadınlar arasında əhəmiyyətli bir mövzuda bu cür layihələrin həyata keçirilməsini yüksək dəyərləndirib. İki saata yaxın davam edən ictimai dinləmələrdə erkən nikahlar, selektiv abortlar, gender bərabərliyi ilə əlaqədar problemlər ümumbəşəri dəyərlər kontekstində müzakirə olunub, erkən nikahlarla bağlı qısametrajlı sənədli film nümayiş olunub.

Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli  tam orta məktəbin direktoru Söylü Xəliova və başqaları çıxış edərək qeyd olunan mövzu ətrafında fikir və tövsiyələrini bildiriblər. Ümumbəşəri dəyərlərin təbliğ olunması ilə bağlı həyata keçirilən layihəni yüksək qiymətləndiriblər.

“Cəmiyyətin inkişafı üçün ümumi dəyərlərin təşviqi” layihəsi Almaniyanın Federal Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən  “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi” proqramı çərçivəsində Almaniyadan “Qadın evi” təşkilatı və onun yerli tərəfdaşı “Qadınlar Arasında Həmrəylik” İB tərəfindən həyata keçirilir. Layihənin əsas məqədi ümumbəşəri dəyərlərin təbliği, təşviqi ilə cəmiyyətin müxtəlif təbəqələrində inkişafa töhfə vermək üçün motivasiya yaratmaqdır.