XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 16:26

“Qohumlarım qaçmaqla canlarını qurtarıblar” –İcra başçısının tutdurduğu qadından şok açıqlamalar

 

lutveli-sefeq

Zərdab rayon icra başçısı Lütfəli Babayevin həbs etdirdiyi rayon sakini Şəfəq Səfərəliyeva azadlığa buraxılıb. 

Strateq.az aznews.az-a istinadən xəbər verir ki, Şəfəq Səfərəliyeva 1 il 17 gün həbsdə qaldıqdan sonra Apellyasiya Məhkəməsinin qərarıyla azadlığa çıxdığını bildirib:

“İcra başçısının mənim haqqımda qaldırdığı saxta ittihamlarla elə birinci instansiya məhkəməsində barəmdə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə qərarı verildi. Məhkəmə qərarından hüquq-müdafiə və qadın təşkilatlarına müraciət edildi. Həbsxanada aclığa başladım, lakin yenə də dəyişən bir şey olmadı. Cəzamı xəstəliyimlə əlaqədar Penitensiar Xidmətin müalicə müəssisəsində çəkdim. Haqsız yerə 1 il həbsdə qalandan sonra isə azadlığa çıxdım”. 

Ş.Səfərəliyeva başına gətirilənlərdən sonra dəfələrlə intihar etmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, həbsdən çıxandan sonra L.Babayevin təzyiqləriylə üzləşib:

“Qohum-qonşuya tapşırıb ki, mənim evimə gəlməsinlər, mənə köməklik göstərməsinlər. İşlə təmin olunmuram. Bütün qohumlarla da əlaqələrim kəsilib, əlacsız qalmışam. Mənə görə bütün qohumlarım, tanışlarım zərər çəkiblər, işlərini itiriblər. Bəziləri rayondan qaçmaqla canlarını qurtarıblar”.  

İcra başçısı tərəfindən təhqir olunan xanım bütün bunlarla bağlı Prezident İlham Əliyevə 10 metrlik məktub yazıb. Ş.Səfərəliyeva məktubda başına gətirilənlər, saxta ittihamlarla haqsız yerə həbs olunması və hazırda icra başçısı tərəfindən təqib olunması barədə yazıb. 

Xatırladaq ki, 2012-ci ildə Zərdab rayon icra hakimi L.Babayevin 50 yaşlı Ş.Səfərəliyevaya təcavüz etmək istəməsi ilə bağlı məlumatlar yayılmışdı. Ş.Səfərəliyeva icra başçısını əxlaqla bir araya sığmayan əməllərdə ittiham etmişdi. Bundan sonra L.Babayevin göstərişi ilə qadını rayondan çıxarmaq üçün imza toplama kampaniyası başladılmışdı. Daha sonra L.Babayev Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirmişdi. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, hakim onun barəsində 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı.