XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 15:54

Komitə daha 14 karxananı bağladı –Sahibkarlar qanunsuz fəaliyyətdə ittiham olunurlar

Azərbaycanda daha 14 karxananın fəaliyyəti dayandırılıb.

Strateq.az xəbər verir ki, bu barədə məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir. Məlumatda vurğulanıb ki, aparılan monitorinqlər zamanı məlum olub ki, müvafiq qurumlar ayrı-ayrı vaxtlarda karxana fəaliyyətindən ötrü qeyri-qanuni torpaq sahələri ayırıblar.

Komitə bildirib ki, qanun pozuntusu halları ilə bağlı inzibati protokollar yazılıb, torpaq sahələrinin özbaşına zəbt edilməsinə aid sənədlər hüquq-mühafizə orqanlarına göndərilib: Fəaliyyəti dayandırılan karxanaların adları açıqlanmır. Bu məlumatla bağlı sahiblərin münasibətini almaq mümkün olmayıb.

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin əvvəlində ölkədə 585 karxananın mövcud olduğunu açıqlamışdı.

«Qum-çınqıl karxanasından 256-sının fəaliyyəti torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə dayandırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 155 karxana barədə cərimə tətbiq olunub. 55 karxanada zəbt olunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib», – komitənin məlumatında qeyd edilir.