XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 23:18

Alyaskada 7 bal gücündə zəlzələ baş verib –Dağıntılar var (YENİLƏNİB)

ABŞ-ın Alyaska ştatında 6.6 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri Ankorica şəhərindən 12 km şimalda, ocağı isə 35.5 km dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat hələ ki mövcud deyil.

**

ABŞ-ın Alyaskaştatının Ankoric şəhərində 7,1 maqnitudagücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Kenay yarımadası və Kuk körfəzinə yaxın ərazilərdə sunami təhlükəsi elan olunub. Yerli sakinlərdən baş verə biləcək sunaminin nəticələrindən qorunmaq üçün evləri tərk edərək daha hündür yerlərdə mövqe tutmaları xahiş olunub.

Ştat qubernatoru Bill Uoker “Twitter” mikrobloqunda Alyaskada fövqəladə vəziyyət elan etdiyini yazıb:

“Güclü bir zəlzələdən sonra təbii fəlakətin olduğu açıqladı. Mən Ağ evlə birbaşa əlaqədəym”.

Yerli polis şəhərdə yerli infrastruktura ziyan dəydiyini xəbər verib.

“Bütün Ankoric üzrə infrastruktura ciddi ziyan dəyib. Bir çox evlər və binalar zədələnib. Bir çox küçə və körpü keçilməz vəziyyətdədir. Maşın sürmək zərurəti yaranmayınca, küçəyə çıxmayın, təhlükəsiz sığınacaq axtarın”, – deyə polisin elanında bildirilir.