XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 20:58

Sabahdan Bakının bu rayonlarında qazfasilələrlə veriləcək

 

qaz

Nəsimi, Yasamal, Nərimanov və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, istismar müddəti başa çatmış diametri 250 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 millimetrlik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrinin, eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.