XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 18:18

Nazirliyin Günərzi Qayğı  Mərkəzləri necə fəaliyyət göstərir? –Monitorinq aparılıb

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə yaradılan Günərzi Qayğı Mərkəzlərinin fəaliyyəti ağır maddi durumda yaşayan, sosial problemlərlə üzləşən ailələr və bu ailələlərdə böyüyən uşaqlar üçün çox böyük sosial, mənəvi, psixoloji və maddi dəstək nümunəsidir.  Bu ailələr və uşaqlar üçün dövlətin qayğısının bilavasitə hiss olunması hər şeydən əvvəl çox böyük psixoloji effekt deməkdir”. 

Bu barədə  “Konstitusiya”  Araşdırmalar  Fondunun prezidenti  Əliməmməd Nuriyev  Strateq.az-a açıqlama verib. Ə.Nuriyev bildirib ki, ƏSSMN sifarişi ilə hazırda 13 rayonda yaradılan GQM-lərdə  400-dən çox uşağa xidmət göstərilir. O, bildirib ki,   “Konstitusiya” Araşdırmalar Fondu (KAF) ƏƏSM-in sifarişi ilə GQM-lərin fəaliyyətinin monitoriniqini yekunlaşdırmaq üzrədir:  “GQM-lərin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqdır. Eyni zamanda  GQM-lər uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəməli, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin etməli, onların inkişafı üçün fəaliyyətləri (pedaqoji hazırlıq xidməti, sosial işin təşkili, psixoloji yardım, ailələrin maarifləndirilməsi və ailələrlə iş və s.)   indivudal yanaşmaya üstünlük verilməli, fərd olaraq hər bir uşağa xas problemlərin aradan qaldırılması üçün kompleks yanaşma tətbiq olunmalıdır”.

Ə.Nuriyev əlavə edib ki, KAF tərəfindən ƏSSMN-in tenderlərinin şərtləri və baza qiymətləndirilməsinə əsasən GQM-lərin  qiymətləndirmə indikatorları hazırlanıb. Bu indikatorlar müəyyənləşdirilərkən GQM-lərin vəzifələri də nəzərə alınıb. Hər bir GQM-in fəaliyyəti 8 indikator üzrə dəyərləndirilir:  “Ümumu təəssürat bundan ibarətdir ki,  GQM modelinin tətbiqi özünü doğruldur. Bu az təminatlı ailələr üçün real, praktik köməkdir. Eyni zamanda bu, Azərbaycan hökumətinin əhalinin  aztəminatlı təbəqəsnə sosial dəstək mexanizmlərindən biri kimi də nəzərdən keçirilməlidir. Bu istiqamətdə inkişaf üçün yaxşı imkanlar var.  İcraçı təşkilatlar artıq zəruri bilik və bacarıq əldə ediblər. GQM-lərin effektiv fəaliyyəti üçün müvafiq kadr bazası artiq formalaşmaqdadır. Şübhəsiz ki,  yeni ideyaların, yanaşmaların da axtarışına ehtiyac var”. 

KAF rəhərbi qeyd edib ki, ƏSSMN GQM-lərin fəaliyyətini diqqətdə saxlayır və mövcud ehtiyacların qarşılanması, fəaliyyətlərin optimallaşdırılması üçün səy göstərir. Nazirlik həmçinin müntəzəm təlimlər, metodiki dəstəklə də icraçı təşkilatların potensialının güclənməsinə yardım göstərir.  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı və Lənkəran GQM-lərin fəaliyyəti ilə şəxsən tanış olub. S.Babayev mütərəqqi dünya təcrübəsində mövcud olan səmərəli sosial xidmət metodlarının tətbiqi əməkdaşların peşəkarlığının artırılması və s. barədə tapşırıqlarını verib.

Ə.Nuriyev əlavə edib ki,  KAF ƏSSMN yanında İctimai Şuranın üzvü kimi də  GQM-lərin fəaliyyətinin diqqətdə saxlanılması,  təkmilləşməsi üçün imkanların genişləndirilməsinə səy göstərir.