XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 23:31

Azərbaycanlıların çalışdığı böyük bazar yandı –Moskvada (FOTO)

yangin-bazar

 

Rusiyanın paytaxtı Moskvada əsasən azərbaycanlıların çalışdığı ticarət mərkəzində güclü yanğın baş verib.

 

Strateq.az ANS-ə istinadən xəbər verir ki, hadisə paytaxtın“Savelovsk” metrostansiyasının yaxınlığında yerləşən eyniadlı bazarda baş verib.

 

Mərkəzdə əsasən azərbaycanlılar çalışır və onlar paltar alveri ilə məşğuldur. Yanğın nəticəsində həmyerlilərimizə məxsus olan təxminən iyirmiyə yaxın konteyner yanıb. Yerdə qalan mallar isə su altında qalaraq yararsız hala düşüb. Bazarda çalışan azərbaycanlılar küllimiqdarda ziyana düşdüklərini qeyd edib.

 

Bu hadisədən sonra böyük ehtimalla bazarın bağlanacağı bildirilir

 

“Bütün mallarımız yandı. Heç nə götürə bilmədik. Qalan malımız da yanğınsöndürənlərin buraxdığı suyun altında qaldı. Yanğının qəsdən törədildiyini ehtimal etmirik. Bu hadisədən sonra bazar bağlanacaq. Burada bir neçə dəfə belə hadisə baş verib. Daha sonra həmin yer bağlanıb. Mənim kimi bir çoxlarına ciddi ziyan dəyib”, – deyə bazarda çalışan həmyerlimiz Heydər Qurbanovbildirib.

 

Yanğın zamanı bazarda çalışanlar dərhal təxliyyə olunub.Hadisə yerinə xilasedici qrup, yanğınsöndürən və polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıcəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri barədə açıqlama verilmir.