XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 09:24

Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin adları açıqlanıb –SİYAHI

Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ölkəmizi beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib. Səhhətində problem yaranan Ömər Paşayevi Rauf Cabbarov əvəzləyib.

Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısınndan çıxarılıb. Səbəb Səmədlinin yaş həddinin dolmasıdır. Nəticədə say üçə enib.

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov.

Referi köməkçiləri: Yaşar Abbasov, Namik Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov.

Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı.

Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva.

Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk.

Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.