XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 13:53

Vahid Əhmədov:“Samir Şərifovla münasibətlərim normaldır”

“Mən maliyyə naziri Samir Şərifovun fikrinə də hörmətlə və müsbət yanaşıram. Mənim isə analizim o olub ki, bu gün ümumiyyətlə, Azərbaycanda devalivasiyaya ehtiyac yoxdur”.

Strateq.az bildirir ki, bunu BakuPost-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Millət vəkili deyib ki, neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var, pul kütləsinə də Mərkəzi Bank tərəfindən nəzarət edilir: “Bunlara əsaslanaraq devalivasiyaya ehtiyac olmadığını demişəm. Bu açıqlamanı ona görə vermişəm ki, cəmiyyətdə sakitlik yaransın, narahat olmasın ki, devalivasiya olacaq. Çünki insanlar bankdan vəsaitləri çıxara bilərlər. Bu açıqlamada başqa məqsəd yoxdur”.  V.Əhmədov maliyyə naziri S. Şərifovla münasibətlərinin normal olduğunu da vurğulayıb.