XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 15:44

Kəmaləddin Heydərov dörd rayondan olan sakinləri qəbul edib –İmişlidə (FOTO)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 7-də İmişli şəhərində Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 14 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 34, digər məsələlərlə bağlı müraciət etmiş 45 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.