XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 11:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyi:“Ətraf mühiti korlayanlara qarşı 359 akt tərtib olunub”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahələrində yol verilmiş qanun pozuntularına görə 359 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 94 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 63 iş üzrə 77000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 37 iş üzrə 153959,43 manat məbləğində iddia qaldırılıb. Bundan əlavə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi, fiziki şəxslərə qarşı 359 iş üzrə 56361,57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 42, icra qurumlarına 45, məhkəmələrə isə 20 iş göndərilib.