XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2018 - 22:47

Gürcü nazir azərbaycanlılarla görüşdü:“Bəzi milli azlıqlar Qərbə inteqrasiyaya qarşı çıxırlar”

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müxtəlif bölgələrindən olan azərbaycanlı, erməni və digər milli azlıqların nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş iştirakçılarına Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası ilə bağlı məlumat verilib.

K.Tsixelaşvili bildirib ki, bu gün bəzi milli azlıqların icmaları Gürcüstanın Qərbə inteqrasiyasına qarşı çıxırlar. Bu da ciddi problemlərə yol açır.

Dövlət naziri deyib: “Biz nazirlik olaraq NATO-nun Gürcüstandakı ofisi, Avropa İttifaqı və NATO İnformasiya Mərkəzi ilə birgə etnik azlıqların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirərək onlara Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası barədə ətraflı məlumatlar təqdim edirik. Gürcüstanın hər bir vətəndaşının ölkənin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olması çox vacibdir”.

Bildirilib ki, milli azlıqları təmsil edən müəllimlər üçün “NATO – sülhlü və sabit inkişaf üçün seçim” mövzusunda tədris seminarı təşkil olunacaq. Həmçinin müəllimlərin müxtəlif hökumət qurumlarında və diplomatlarla görüşləri keçiriləcək.