XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 12:12

Eldar Əzizov Nərimanovda söküntüyə başladı –Atatürk parkı yenidən qurulacaq + FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.

Unikal.org xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.

Söküntü işlərinə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib.

Saytın iddiasına görə, bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.