XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 13:54

Təhsil Problemləri İnstitutunda seminar:“Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi”

sem-1

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) növbəti Pedaqoji innovasiya seminarı təşkil edilib.

ARTPİ-dən Strateq.az-a verilən məlumata görə, institut rəhbərliyinin, əməkdaşların və müxtəlif elm, təhsil müəssisələrini təmsil edən nümayəndələrin, doktorant, dissertant və müəllimlərin iştirak etdiyi seminarın mövzusu “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” olub.

ARTPİ-nin direktoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq, tədqiqatın və tədqiqatçılığın önəmi haqqında məlumat verib. Sonra çıxış üçün söz seminarın məruzəçisi professor İntiqam Cəbrayılova verilib.

İntiqam Cəbrayılov tədqiqatçıların formalaşdırılması zamanı onların şəxsiyyətyönlü bacarıqlarının və səriştəliliyinin daha çox ön plana çıxarılmasını “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində nəzərdə tutulan vacib istiqamətlərin və hədəflərin həyata keçirilməsi yolunda atılan növbəti addımlardan biri kimi qiymətləndirib.

Seminarda əsas diqqət tədqiqat işlərinin aparılması, tədqiqatçılıq bacarıqlarının formalaşdırılması sahəsində nəzəri və praktik biliklərin verilməsinə yönəldilib. Təqdimat zamanı elmi tədqiqatların məqsədi, ideyası, növləri və s.haqqında maraq kəsb edən məsələlər iştirakçıların nəzərinə çatdırılıb. Tədqiqatın struktur, məzmun məsələləri barədə məlumat verən məruzəçi tədqiqatların aparılma qaydalarını da iştirakçıların müzakirəsinə təqdim  edərək, onların suallarını cavablandırıb.

Seminarda tədqiqatın keyfiyyətinə verilən tələblər və tədqiqatçının professional keyfiyyətlərinə verilən tələblərə bir daha aydınlıq gətirilib, eyni zamanda tədqiqatın giriş hissəsində nəzərdə tutulan vacib məsələlər iştirakçıların nəzərinə çatdırılıb. Tədqiqatın obyekti, subyekti, elmi müddəaların çıxarılması, tədqiqat prosesində elmi mənbələrdən istifadə, tədqiqatda istifadə edilən metod və vasitələr haqqında geniş məlumat verilib.

İnstitutun direktoru tədbiri yekunlaşdiraraq bu kimi öyrədici seminarların gələcəkdə də  təşkil ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.

sem-2

sem-3

sem-5