XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

12 Dekabr 2018 - 13:23

EMİN AĞALAROV:“Bütün yaradıcılığım Trampa görə arxa plana keçib, bu, çox pisdir”

“Mənim musiqi yaradıcılığım prezident Trampla əlaqələrimə görə arxa plana keçib. Bu, çox pisdir, ona görə ki, əgər üfüqdə böyük problem durursa, heç kim musiqi barədə danışmaq istəmir”.

Strateq.az  bildirir ki, bu sözləri “Crocus Group”un vitse-prezidenti, musiqiçi Emin Ağalarov ABŞ-ın DailyMailTV-yə müsahibəsində bildirib.

E.Ağalarov deyib ki, ABŞ prezidenti Trampla bağlı “Rusiya işi”nə qədər bütün dünyaya müsahibələr verirdi: “Mənim haqqında danışdığım ən böyük problemim musiqi və mahnılarım idi. İndi isə jurnalistlərin gündəmində müzakirə üçün böyük problem var. Odur ki, biz daha musiqi barədə danışmırıq”.

Emin Ağalarov 2019-cu ilin yanvarında özünün yeni “Good Love” albomunu təqdim etmək üçün ABŞ-da böyük tura hazırlaşır. O, Nyu-Yorkda yanvarın 26-da tarixi Ratuşadakı Tayms skverdə  çıxış edəcək. Ondan sonra Toronto, Mayami, Los-Anceles və Denverdə konsert verəcək. Emin Ağalarov bildirib ki, onun “rus qalmaqalından” sonra ABŞ prezidenti Donald Trampla heç bir əlaqəsi yoxdur:  “Hazırda bizim heç bir münasibətlərimiz yoxdur. Çünki o, artıq prezidentdir. Həmçinin bütün bu qalmaqaldan sonra hesab edirəm ki, istənilən əlaqələr hazırda mümkün deyil”.

Emin Ağalarovun ABŞ-a gəlməsində müəyyən çətinlik yarana bilər. Çünki 2016-cı ildə onun Trampın kürəkəni ilə görüşün təşkili və burada prezidentliyə namizəd Hillari Klinton əleyhinə kompromat təklif etməsi barədə şübhələr ABŞ siyasi gündəmində ciddi müzakirə mövzusudur. Emin Ağalarov deyib ki, ABŞ-a qayıtmaqdan və məhkəmə bildirişi almaqdan qətiyyən qorxmur: “Əgər məhkəməyə rəsmi dəvət alsam belə heç nəyi gizlətmək fikrində deyiləm. Mən pis heç nə etməmişəm”.