XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 19:14

Fond 237 tələbənin təhsil haqlarını qismən ödəyəcək –Müsabiqə ilə bağlı qərar

Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan ali təhsil müəssisələrində oxuyan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 2-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirib.

Strateq.az quruma istinadən bildirir ki, tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurublar:

“Müsabiqəyə ümumilikdə 724 tələbə müraciət edib.

Onlardan 678 ərizə ilkin texniki ekspertizadan keçmiş və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilib”.