XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 08:54

“Arsenal” – “Qarabağ” matçının nəticələri –HESAB

Dünən futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

“Arsenal” – “Qarabağ” matçında oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun 16-cı dəqiqəsində Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

E qrupunun digər matçında isə “Sportinq” öz meydanında “Vorskla”ya 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Vorskla” ilə eyni xallara malik olmasına baxmayaraq, “Qarabağ” qrupda sonuncu yer tutub. Qrupdan “Arsenal” və “Sportinq” klubları növbəti mərhələyə vəsiqə qazanıb.