XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 11:35

BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində ustad dərsi keçib –FOTO

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşan “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün ustad dərsi keçib.

BANM-dən Strateq.az-a bildirilib ki, o, gələcəyin mühəndislərinə neft-qaz, enerji geosiyasətindən danışıb, bu istiqamətdə Azərbaycanın yaxın ölkələrlə olan münasibətlərinin analizini verib. Bəxtiyar Aslanbəyli, həmçinin tələbələrə Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyalardan, enerji bazarlarının diversifikasiyasından bəhs edib, neft və qaz bizneslərinin fərqini açıqlayıb.

Vitse-prezident tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, BANM-də həyata keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinə qoşulmaq üçün ölkənin bir çox universitetində mühəndislik üzrə təhsil alan tələbələrin müraciəti əsasında seçim aparılıb. Seçim prosesindən uğurla keçən tələbələr üçün təqdimat və kommunikasiya bacarığı, layihələrin və vaxtın idarə edilməsi, liderlik, maliyyənin əsasları və s. mövzularda təlimlər keçirilib.