XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2018 - 11:03

Yazıçı-publisist Ayaz Əhmədov vəfat edib –FOTO

Azərbaycanlı tədqiqatçı, yazıçı-publisist Ayaz Əhmədov vəfat edib.

Bu barədə “Report”a A.Əhmədovun ailə üzvləri məlumat verib. Məlumata görə, yazar ötən axşam saatlarında 79 yaşında yaşadığı Lənkəran rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vahab oğlu Əhmədov 12 may 1939-cu ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. O, “Report”un əməkdaşı, jurnalist Asəf Əhmədovun atasıdır.

Elmi, publisistik və bədii yaradıcılıqla məşğul olan Ayaz Əhmədov “Qədim Azərbaycan və onun cənub bölgəsi” adlı monoqrafiyanın da müəllifidir.

Allah rəhmət eləsin!